ABŞ-da qasırğa evləri uçurdu

28-05-2014, 11:30   
ABŞ-da qasırğa evləri uçurdu
Ötən gün Şimali Dakota ştatından keçən qasırğa dağıntılara səbəb olub
Amerika Birləşmiş Ştatlarının şimal hissəsində kəskin hava şəraiti müşahidə edilməkdədir.

ANS PRESS-in məlumatına görə, ötən gün Şimali Dakota ştatından keçən qasırğa dağıntılara səbəb olub. Güclü küləklər, əsasən, Uotford şəhərində fəsadlar törədib. Sürəti saatda 90 kilometrə çatan qasırğa 100-ə yaxın evə ziyan vurub. Həmçinin, bir neçə avtomobili alt-üst çevirib.

Məlumatına görə, qasırğa zamanı azı 9 nəfər xəsarət alıb. Onlardan 1-inin vəziyyəti ağır hesab edilir.

Cənub ştatı Texasda isə aramsız yağan yağışlar daşqınlara səbəb olub. Əsasən, Medina rayonunda evləri və təsərrüfat sahələrini su basıb. Rəsmilər yağıntılarla əlaqədar suların yüksəlmə təhlükəsi olduğunu qeyd ediblər və yerli əhalinin təhlükləli bölgələrdən könüllü şəkildə təxliyə olunmasını istəyiblər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.