Dərnəgüldə əməliyyat: otel sahibi və fahişələr yaxalandı

28-05-2014, 11:36   

Bu gün Nərimanov rayon Məhkəməsində məşhur oteldə əxlaqsızlıq yuvası saxlayan Rüfət Nəsirovun cinayət işi üzrə məhkəmə başlayıb. Teleqraf.com-un xəbərinə görə, Rüfət Nəsirov bu ilin martın 2-də Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həbs edilib. İmişli rayon sakini, 1990-cı il təvəllüdlü Rüfət Nəsirovun Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə, 507-ci küçə, ev 9 ünvanında yerləşən “Titanik” otelində əxlaqsızlıq yuvası təşkil edib. Onun oteldə əxlaqsızlıq yuvası saxlaması ilə bağlı idarəyə məlumat daxil olub. Daxil olan əməliyyat nəticəsində oteldə əməliyyat keçirilib. Əməliyyat nəticəsində məlumat təsdiqini tapıb. Oteldə Rüfət Nəsirov qadınları fahişəliyə cəlb edərkən məsuliyyətə cəlb olunub. Əməliyyat zamanı otelin bir neçə otağında qadınların müştərilərlə cinsi əlaqədə olan zaman saxlanılıblar. Bu əməlinə görə, Rüfət Nəsirov Cinayət Məcəlləsinin 244.1-ci (fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə ittiham edilib. Hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı mayın 29-na təyin olunub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.