Bakıda seksual manyak tutulduŞOK

28-05-2014, 11:45   
Bakıda seksual manyak tutuldu
Bakıda seksual manyak ifşa olunub.

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları bir neçə ay öncə daxil olan şikayətlər əsasında əməliyyat tədbirlərinə başlayıb.

İstintaq axtarış tədbirləri nəticəsində məlum olub ki, xanımlara qarşı seksual xarakterli hərəkətlər edən 31 yaşlı paytaxt sakini Qasımov İlkin Faxrəddin oğludur. 28-ci polis bölməsinin əməkdaşlari tərəfindən saxlanilan İlkin Qasımov istintaqa təhvil verilib. Araşdırmalar zamanı onun 5 cinayət faktının olması müəyyən edilib.

Yasamal RPİ-nin müstəntiqi bildirib ki, saxlanılan şəxs liftdə və bina keçidlərində xanımlara hücum edib, Nizami və Xətai rayonlarında da eyni əməl törədib.

Hazırda faktla bağlı toplanılan bütün materiallar əsasında Yasamal Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Saxlanılan İlkin Qasımovun bu kimi digər cinayət əməllərinin sayının artacağı istisna edilmir. Odur ki, həmin şəxsin çirkin əməllərindən zərər görən şəxslər varsa, Yasamal Rayon Polis İdarəsinə müracət edə bilərlər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.