Azərbaycanda təbii fəlakətlər zamanı əhalinin sığınacağı üçün yanğına davamlı yarımfabrikat evlər tikiləcək.
“Trend” məlumatına görə, bunu Türkiyənin "Kingspan-İzopoli" şirkətinin sədr müavini Suat Kıroğlu deyib.
S.Kıroğlu əlavə edib ki, gələn ilin yanvarından başlayaraq Azərbaycanda qısa müddətdə yığılıb sökülə bilən evlər üçün yanğına davamlı panellərin istehsalı başlanacaq.
Onun sözlərinə görə, bu məqsədlə FHN ilə müştərək müəssisə yaradılacaq, müəssisənin tikintisi 50 milyon manata başa gələcək.
S.Kıroğlu bu müəssisənin istehsalı olan yarımfabrikat evlərin gələcəkdə Orta Asiya ölkələrinə - Qazaxıstan, Türkmənistan və Qırğızıstana da ixrac ediləcəyini nəzərə çatdırıb.
Qeyd edək ki, tədbir general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin dəstəyi ilə keçirilib.