Əli Abbasovun müavinləri– Onları siz də tanıyın!

28-05-2014, 12:01   
Əli Abbasovun müavinləri
Dövlət rəsmiləri, məmurlarla bağlı məlumatlar hər zaman ictimai kəsimin maraqını cəlb edir. Onların fəaliyyəti diqqətlə izlənilir, gördükləri işlər mətbuat səhifələrində, insanlar arasında geniş müzakirələrə yol tapır. Təbii ki, Azərbaycanda hakimiyyət pilləsinin yuxarı mərtəbələrini tutan məmurların hamısı göz önündə olmurlar. Məsələn nazir müavinləri... Əksəriyyət onların adını belə bilmir.

AzVision.az saytı oxucuların bu marağını nərəzə alaraq “Nazir müavinləri” adlı rubrikanı davam etdirir. Rubrika çərçivəsində ayrı-ayrılıqda nazirlərin müavinləri haqda məlumat veriləcək, onlarla bağlı diqqətçəkən məqamlar oxuculara çatdırılır.

Bu dəfə rabitə və yüksək texnologiyaları naziri Əli Abbasovun müavinlərindən bəhs edəcəyik. Onun cəmi 2 müavini var. Onları tanıyaq:

Fəhlə ailəsindən çıxan nazir müavini



İltimas Əhməd oğlu Məmmədov Əli Abbasovun müavinlərindən biridir. O, 1963-cü il fevral aynın 10-da Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Yuxarı Əylis kəndində fəhlə ailəsində anadan olub.

1970-1980-cı illərdə həmin kənddə orta təhsil alıb. Orta məktəbi bitirdikdən sonra 1980-cı ildə Bakı şəhəri 23 nömrəli Texniki Peşə məktəbinə daxil olub və 1981-ci ildə həmin məktəbi qırmızı diplomla bitirib.

1981-1983-cü illərdə orduda həqiqi hərbi xidmətdə olub.

İ.Məmmədov 1984-cü ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnistitutnun Elektrotexnika fakultəsinə daxil olub və 1989-cü ildə həmin fakultəni bitirərək, çoxkanallı elektrik rabitəsi mühəndisi ixtisasına yiyələnib.

Bir müddət sonra laboratoriyanın KRR qrupunda elektromexanik, 1990-cı ildə həmin qrupda mühəndis vəzifəsinə təyin olunub. 1991-ci ildə Bakı Kabel Qovşağında 2-ci dərəcəli mühəndis, 1992-ci ildə isə qovşağın xətt xidməti rəisi vəzifəsinə təyin olunub. 1996-cı ildə həmin qovşağın Baş mühəndisi, 1997-ci ildə isə BTRİB-in baş mütəxəssisi vəzifəsinə təyin olunub.

2000-ci ildə Rabitə Nazirliyinin Telekommunikasiya şöbəsinin rəis müavini, 2001-ci ildə Rabitə Nazirinin Texniki Məsələlər üzrə Müşaviri, 2005-ci ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Tənzimləmə şöbəsinin müdiri, 2005-ci il 22 dekabr tarixindən isə Prezidentin sərəncamına əsasən Rabitə və İnformasıya Texnologiyalari nazirinin (İndi bu qurum Rabitə və Yüksək Texnologiylar Nazirliyi adlanır –red) müavini təyin olunub və hazırda həmin vəzifədə çalışır.

İ.Məmmədov iki dəfə (1994 və 2002-ci illərdə) "Rabitə ustası" fəxri adına layiq görülüb. İki elmi əsərin və 10-dan artıq elmi məqalələrin müəllifidir.

Ailəlidir, üç övladı var.

Keçmiş betonçu...



Əli Abbasovun digər müavini Elmir Tofiq oğlu Vəlizadədir. Nazir müavini 1964-cü ildə Mingəçevirdə anadan olub.

1981-ci ildə Bakı şəhərində orta məktəbi bitirdikdən sonra bir il Sənaye Tikintisi Nazirliyi 4 saylı trestinin 45 saylı Tikinti idarəsində betonçu işləyib.

1989 ildə Azərbaycan Dövlət Neft və Kimya İnistitutunu bitirib. Təhsildə fərqləndiyinə görə təyinat üzrə Azərbaycan Dövlət Neft və Kimya İnistitutunda saxlanılmış, Hesablama Mərkəzində mühəndis vəzifəsində çalışıb və EHM və proqramlaşdırma kafedrasında dərs deyib.


E.Vəliyev 1991-ci ildən Azərbaycan Respublikası Prezidenti Aparatında (Hazırki Prezident Administrasiyasında) çalışıb.

1998-ci ildən Respublika Prezidentinin İcra Aparatı İnformasiya Resursları və Texnologiyaları Mərkəzinin rəhbəridir.

2007-ci ilin dekabrından nazir müavini postuna təyinat alıb. Rus və ingilis dillərini bilir.

Ailəlidir, bir övladı var.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.