Dünyanı satışı ilə heyrətə salan ən bahalı mobil telefon nömrəsi artıq Azərbaycanda satılır.
Bir müddət əvvəl “Katar Telecom”un keçirdiyi hərracda şirkətin ən baha nömrəsi - 666-66-66 - nömrəsinə görə 2,8 milyon dollar ödənilib. Bu həm də dünyanın ən baha nömrəsidir.
Eyni tipli nömrə artıq Azərbaycanda satışa çıxarılıb. “Bakcell” mobil operatorunun 055 666 66 66 nömrəsi 100000 manata satılır.
Bildirək ki, 666-66-66 nömrəsi 2006-cı il, mayın 13-də ən bahalı nömrə kimi "Ginnesin rekordlar kitabı"na düşüb.
Maraqlısı odur ki, bu satışda dövlətə nə qədər vergi ödənəcək və ən başlıcası - nömrənin dəyərinin qiymətləndirilməsində hansı meyarlar əsas götürülüb? Ümid edirik, müvafiq dövlət qurumları bu sualları cavablandıracaqlar.
Onu da xatırladaq ki, son illər ərzində Azərbaycanda heç bir iş adamı və ya xeyriyyəçi 100 min manat dəyərində ianə verməyib