Seyran Ohanyan Füzulidə daha bir erməni əsgərinin yaralandığını açıqladı

28-05-2014, 21:23   
Seyran Ohanyan Füzulidə daha bir erməni əsgərinin yaralandığını açıqladı
Ermənistan müdafiə naziri Seyran Ohanyan təmas xəttinin Füzuli istiqamətində bu gecə baş vermiş döyüş barədə şərh verib.

Virtualaz.org saytı erməni qaynaqlarına istinadən xəbər verir ki, Ohanyan yaranmış vəziyyətlə bağlı Dağlıq Qarabağın “müdafiə naziri” Movses Akopyana zəng etdiyini bildirib.

“Mən Movses Akopyanla danışdım, bir daha bildirərəm ki, bu qızışdırıcı hərəkətə qarşı tərəf əl atıb” - deyə erməni nazir bildirib.

S.Ohanyan erməni tərəfin itkiləri barədə danışarkən deyib ki, bir yefreytor (baş əsgər) ölüb, bir əsgər isə yaralanıb: “Yaralının vəziyyəti kafidir. Qarşı tərəf itki verərək geri çəkilib”.

Qeyd edək ki, bundan əvvəl erməni tərəfi ancaq yefreytorun öldüyünü açıqlamışdı.



Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan isə “Azərbaycan xüsusi təyinatlılarının diversiya qrupunun həmləsinin dəf edildiyi, qrupun komandirinin vurulduğunu” facebook səhifəsində yazıb.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin bildirdiyinə görə, mayın 27-dən 28-nə keçən gecə təmas xəttinin Füzuli istiqamətində erməni qüvvələrinin mövqelərimizə diversiya hücumu təşkil etdiyini, hücumun dəf edilməsi zamanı iki zabitimizin şəhid olduğunu, bir əsgərin ağır yaralandığını bəyan edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.