Hələ belə intihar cəhdi olmamışdı...

28-05-2014, 21:23   

Türkiyədə həddən artıq maraqlı bir tragikomik hadisə baş verib. Belə ki, gənc bir qadın intihar etmək istəyən həyat yoldaşını bu məşum fikrindən onu... söyüb təhqir etməklə daşındırıb.

Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Antalya şəhərində ailə problemlərinin olduğunu deyən 40 yaşlı bir kişi intihar etmək məqsədilə körpüyə çıxıb. Hadisə şahidləri əraziyə dərhal polis çağırıblar.

Polislər kişini fikrindən daşındırmağa çalışsalar da buna nail ola bilməyiblər və yaxınlarına xəbər veriblər. Hadisə yerinə ilk gələn adam isə kişinin həyat yoldaşı olub.

Qadın intihar etmək istəyən həyat yoldaşına yalvarmaqdansa qışqıraraq onu söyüb, təhqir edib: “Şərəfsiz, atacaqsansa, at. Artıq uşağın da psixolologiyasını pozmusan. Hər dəfə belə edirsən”.

Qəribəsi də budur ki, məntiqlə bu söyüşlərlə daha da qızışmalı və intihar etməli olan kişi bundan sonra fikrindən daşınıb və körpüdən düşərək elə polislərin yanındaca həyat yoldaşına hücum edib. Arvadını döyərkən polislər tərəfindən saxlanılan kişi polis bölməsinə aparılıb.

Qadının dediklərindən məlum olub ki, içki aludəçisi olan əri tez-tez bu varianta əl ataraq onları təngə gətirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.