Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Marsda qəbir tapıldı

28-05-2014, 21:27   
Marsda qəbir tapıldı
Marsda araşdırma aparan Amerikan alimləri bu planetə göndərdikləri "Curiosity" adlı cihaz vasitəsi ilə yeni fotoşəkillər əldə ediblər. JAM.AZ xəbər verir ki, sonuncu şəkillərdən birində əks olunanlar isə alimləri şoka salıb.

Belə ki, həmin fotolardan birində Marsda qəbir şəkli əks olunub. Fotolardan belə görünür ki, Gale kraterinin yaxınlığında xristian inancına uyğun qəbirin üzərində xaç işarəsi var.

Marsla bağlı uzun illər araşdırma aparmış rus alimi Aleksandr Semyonov da görüntülərdəkinin həqiqi məzar olduğunu bildirib. Amma alimləri düşündürən tək məsələ odur ki, bu qəbir kimə aiddir.

Qeyd edək ki, ötən il «Curiosity»in çəkdiyi fotolardan birində dovşana bənzər bir şey diqqəti çəkmişdi. Lakin həmin vaxtdan bəri bu müəmanın hələ də sirri açılmayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar