Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

"Psix" tutuldu

28-05-2014, 21:30   

Ukraynanın Kramatorsk şəhərində Separatçıların “Psix” ləqəbli başçısı tutulub. ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) məlumat yayıb.

Məlumata görə, Xarkov vilayətində antiterror əməliyyatları zamanı UTX əməkdaşları separatçılardan ibarət bir qrupun lideri “Psix” ləqəbli İvan Lısenkonu tutub. İ.Lısenko 40 nəfərdən ibarət qrupu silahlandırdığını və onlara rəhbərlik etdiyini deyib. O, həmçinin etiraf edib ki, Rusiya vətəndaşı olan İqor Zaderjannıy adlı şəxsin əmrlərini yerinə yetirib.

UTX-nin məlumatına görə, “Psix”in rəhbərlik etdiyi qrup aprel ayında Kramatorsk hava limanını ələ keçirmək üçün dəfələrlə hücumlar həyata keçirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar