Mən hələ ki, prezident postuna seçilməsinə qərara gəlməmişəm, lakin məni seçsələr, onda bütün konstitusiya səlahiyyətlərimdən istifadə edəcəm. anaxeber.info-ın Hurriyet daily news qəzetinə istinadən bu barədə Baş nazir Rəcəb Tayyib Ərdoğan bildirib.
"Əgər məni seçsələr, onda mən bütün imkanlardan istifadə edən xalq prezidenti olacağam", - Ərdoğan deyib.
Onun sözlərinə görə, əgər prezident seçkilərdə postunu tutsa, onda o, avtomatik hakimiyyətinin icra qolunun hissəsi olacaq.
Türkiyədə prezident seçkiləri 2014-cü ilin avqustun 10-na təyin olunub.
Əgər prezident seçkilərində namizədlərdən heç biri birinci turda 51 faiz səs toplamasa, onda avqustun 24-də ikinci tur keçiriləcək.