Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərov ata olub.
AzVisionaz xəbər verir ki, R.Səfərovun qızı olub.
Ramil Səfərovun həyat yoldaşı Şəbnəm Səfərova ana olması ilə bağlı öz sevincini Facebook- səhifəsinə paylaşıb:
“Yaxşı ki, doğuldun sevimli Cümhuriyyət, yaxşı ki doğuldun şirin mələyim. Yaxşı ki varsan mənə dünyanın ən gözəl duyğusunu yaşadan kişi”.
Qeyd edək ki, Ramil Səfərov 2012-ci il oktyabrın 9-da evlənib. 2004-cü ilin yanvarında Macarıstanda erməni zabitinin qətlində günahlandırılaraq barəsində ömürlük həbs qərarı çıxarılan Ramil Səfərov 8 il sonra - 2012-ci il avqustun 31-də Azərbaycan prezidentinin səyi ilə Budapeşt şəhərindəki həbsxanadan çıxarılaraq Bakıya gətirilib. Daha sonra prezidenti İlham Əliyevin sərəncamı ilə əfv olunub.