AKP-nin Qars şəhəri təşkilatı rəhbərliyi və Çorum vilayəti Sunqurlu rayon təşkilatı rəhbərliyi kütləvi istefa verib.
Son günlər Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) bir sıra şəhər və rayon təşkilatlarında istefalar diqqət çəkir.
Qars şəhəri üzrə AKP-nin təşkilat sədri Ənsar Erdoğdunun istefa verməsindən sonra partiyanın şəhər təşkilatında 40 nəfər də istefa ərizəsini təqdim edib. Buna səbəb olaraq, 30 mart bələdiyyə seçkilərində AKP-nin Qarsın bəzi rayonlarında seçimi uduzması olub.
Digər istefalar isə Çorum vilayətinin Sunqurlu rayonunda yaşanıb. Burada da partiya təşkilatının üzvləri eyni səbəbə görə istefa verib.
Qeyd edək ki, iki gün öncə AKP-nin İğdır şəhər təşkilatında da kütləvi istefa yaşanmışdı