Bu gün yeni SSRİ-nin əsası qoyulur

29-05-2014, 11:20   

Rusiya prezidenti Vladimir Putin bu gün Qazaxıstanın paytaxtı Astanaya səfər edib.

Axar.az xəbər verir ki, Putin Avrasiya İqtisadi Birliyinin yaradılması ilə bağlı imzalanma mərasimində iştirak edəcək.

Ali Avrasiya İqtisadi Şurasının iclasında sənədlərin imzalanması baş tutarsa, bu, Avropa Birliyindən sonra dünyada ikinci böyük iqtisadi birlik olacaq. Bu birlik 170 milyondan çox insanı özündə birləşdirəcək.

Birliyin 900 səhifəlik sənədləri üzərində 3 ildən çox iş gedir. Sənədlərdə üzv ölkələr arasında miqrasiya və gömrük maneələrinin aradan qaldırılması əsas şərt kimi göstərilib.

Rusiya, Qazaxıstan və Belorus əhalisi ittifaq daxilində rahatlıqla hərəkət edə biləcəklər. Onlar harda oxuyacaqlarını, yaşayacaqlarını və işləyəcəklərini özləri seçəcəklər. İqtisadiyyatın mühüm sahələri olan energetika, sənaye, nəqliyyat və kənd təsərrüfatı kimi sahələrlə bağlı dövlətlər razılaşdırılmış siyasət yeridəcəklər. Bu da 3 ölkənin gəlirlərini 15 faizədək artıracaq.

Müqavilə 2015-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək. Daha sora Avrasiya İttifaqı genişlənmə xəttini yürüdəcək. Ermənistan və Qırğızıstanın da ittifaqa qoşulmağı an məsələsidir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.