Cəlilabad rayonunda toyda kütləvi dava düşüb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə "Ülvi" şadlıq saraynda toy məclisi zamanı baş verib. Şadlıq sarayında Tərəflər arasında mübahisə yaranıb.
Daha sonra mübahisələrini bayırda davam etdirən gənclər bıçağa əl atıblar. Nəticədə Cəlilabad rayon sakinləri 1990-cı il təvəllüdlü Cəfərov Azad Kamal oğlu 1992 -ci il təvəllüdlü Sultanov Rəşad Cavid oğlu və onun qardaşı 1994- cü il təvəllüdlü Soltanov Fuad Cavid oğlu müxtəlif dərəcəli bıçaq xasarətləri ilə Cəlilabad mərkəzi rayon xəstəxanasına (MRX) çatdırılıblar.
Qeyd edək ki, dava edən tərəflər Cəlilabad rayon Səttərxan küçəsində yaşayan gənclərdir.Hadisəni hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Fakatla bağlı Cəlilabad rayon polis şöbəsində araşdırma aparılır.