Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Kürdəmirdə narko-fermer saxlanılıb

29-05-2014, 11:36   
Kürdəmirdə narko-fermer saxlanılıb
Kürdəmirdə müxtəlif növ narkotik vasitələrin qanunsuz olaraq hazırlanması, saxlanılması və satışı ilə məşğul olan şəxs tutulub.
Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Atakişili kənd sakini 1985-ci il təvəllüdlü Ağayev Asim Razim oğlu polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb və onun üzərinə baxış keçirilərkən 0.5 qram heroin tapılıb.
A. Ağayevin yaşadığı evə də baxış keçirilib. Baxış zamanı həyətyanı sahədə xüsusi aqrotexniki qaydada qulluq olunaraq becərilən 37 ədəd çətənə kolu aşkarlanıb.
Həmçinin, onun evindən 97 qram qurudulmuş marixuana və 18 qram heroin aşkarlanaraq götürülüb.
A. Ağayev tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar