Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Allahşükür Paşazadə: “QMİ-nin kitabxanasında və şəxsi kitabxanamda dəyəri milyon manatlarla ölçülən qiymətli əlyazmalar, kitablar var”

29-05-2014, 11:39   

“Qafqaz Müsəlmanları İdarəsinin kitabxanasında və mənim şəxsi kitabxanamda dəyəri milyon manatlarla ölçülən qiymətli əlyazmalar, kitablar var”.

APA-nın məlumatına görə, bunu jurnalistlərlə görüşündə QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib.

Allahşükür Paşazadə bildirib ki, şəxsi kitabxanasında olan qiymətli kitabları da QMİ kitabxanasına verəcək.

Şeyxülislam jurnalistlərə Hacı Mirməhəmməd Kərim Əl-Bakuvi tərəfindən “Quran”ın təfsiri ilə bağlı hazırlamış 3 cildlik “Kəşf-ül-Həqayiq” kitabı və qələm hədiyyə edib. QMİ sədri “Quran”ın ilk ayəsinin də qələmlə bağlı olduğunu deyib.

Jurnalistlərlə ilk dəfə belə görüş keçirdiyini deyən Allahşükür Paşazadə, media nümayəndələrinə uğurlar arzulayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar