Donbasda Ukrayna güc strukturları tərəfindən qətlə yetirilimiş 40 nəfər kadırovçunun meyiti gizli şəkildə Çeçenistana gətirilib. Həmin şəxslərin muzdlu döyüşçülər olduğu, Ukraynada döyüşün hər günü üçün 300 dollar aldıqları barədə “Kavkaz çentr” məlumat yayıb.
Gətirilən meyitlərin yaxınlarına çeçen muzdlularının ölümləri barədə informasiya vermək qəti qadağan edilib. Qroznıda şayiələr gəzsə də, kadırovçuların ölümünün gizli saxlanılmasını respublika rəhbərinin tapşırdığı bildirilir və çeçenlərin Ramzan Kadırovun qorxusundan, heç nə danışmırlar. Bildirilir ki, hər hansı informasiya sızıntısı onların həyatı bahasına başa gələ bilər.
Xatırladaq ki, mayın 25-26-sına keçən gecə Ukraynada anti-terror əməliyyatları aktiv fazaya keçib. Bu günlər ərzində ruslarla bərabər kifayət sayda kadırovçu çeçen də qətlə yetirilib. Onlar Donbas morquna gətiriliblər.
“Kavkaz çentr” həm “Röyter”in, həm də meyitlərin gətirilməsi ilə bağlı yerli həvəskarların hazırladığı çarxları yayıblar.
[media=https://www.youtube.com/watch?v=SCtWjURm7hE]
[media=https://www.youtube.com/watch?v=F4IC1Sr7xvc]