Lerik internetsiz qaldı

29-05-2014, 11:59   

Lerik-Lənkəran yolunun “20-ci Verst” deyilən ərazisində yol tikintisi zamanı baş vermiş yanlışlığa görə, Lerik rayonuna ərazisinə gələn magistral fiber optik kabel və telefon xətti qırılıb.

Bu səbəbədən də mayın 27-də rayondakı bütün telefonlar kəsilib, internetə çıxış imkanı olmayıb.

Yaranmış problem rayonun bank, poçt və onlayn rejimdə işləyən digər icra strukturlarının fəaliyyətini iflic edib. Bu barədə hazırda bölgədə ezamiyyətdə olan “Bizim Yol” əməkdaşı xəbəbər verir.

Məlumata görə, gecə satlarında da sıradan çıxarılmış magistral internet və telefon xətlərinin bərpa olunması istiqamətində iş gedir. Amma qəzet çapa gedənə qədər problem həll edilməmişdi.

Bizim Yol qəzeti
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.