Bu dəqiqələrdə Ucar rayonu mərkəzi xəstəxanasında sensassiya doğuracaq hadisə baş berib.
Avropa.info xəbər verir ki Zərdab şəhər sakini Qasımov Füzuli Hümmət oğlu qızı Qasımova Günel Füzuli qızını qeysəriyə üsulu ilə əməliyyat etdirmək üçün təcili olaraq Ucar şəhər mərkəzi xəstəxanasına gətirib.
Lakin ağır vəziyyətdə olan xəstəni həkimlər nəinki qəbul etməyiblər, hətta onları qapıdan belə içəri buraxmayıblar. Üstəlik xəstəxananın mühafizəçiləri ağır vəziyyətdə olan xəstənin gözü qarşısında onun atası Qasımov Füzulini və qızının həyat yoldaşı Natiq adlı şəxsi də vəhşicəsinə döyüblər.
Xəstənin yaxınları baş verənlər barədə xəstəxanaının baş həkiminə müraciət ediblər, baş həkim isə onlara "əcəb edib, döyüblər", deyib və onları kabinetindən qovub.
Hazırda Ucar Rayonu xəstəxanasının qarşısında əməliyyat olunmaq üçün gətirilən ağır xəstənin qohumları ilə xəstəxanə mühafizəçiləri arasındadirqarşıdurma davam edir.
Xəstə hələ də əməliyyat olunmayıb.