Şəhid kapitan Fəxri Xiyabanda dəfn edildi

29-05-2014, 13:03   

Erməni kəşfiyyat-diversiya qrupunun cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlardan birinə növbəti dəfə basqın etməsi nəticəsində həlak olan kapitan Fikrət Məmmədov II Fəxri Xiyabanda torpağa tapşırıldı.

Dəfn mərasimdə Müdafiə Nazirliyinin əməkdaşları, eləcə də şəhidin xidmət etdiyi hərbi hissədən silahdaşları da iştirak edib. Mərasimdə şəhidin tabutununa sarınan bayraq əsgərimizin yaxınlarına təhvil verilib.

Şəhidin 2 və 4 yaşlı iki övladı qalıb. Daha sonra F.Məmmədovun hərbi forması da şəhidin oğlu Rəsulun gələcəkdə istifadə etməsi üçün ailəsinə verildi. Hərbi formanın balaca Rəsul üçün gələcəkdə qürur yeri olacağı qeyd edildi.

Fikrət Məmmədov torpağa tapşırılan zaman hərbçilər tərəfindən yaylım atəşi açılıb.

Qeyd edək ki, mayın 27-də axşam saatlarında və 28-nə keçən gecə erməni kəşfiyyat-diversiya qrupu cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlardan birinə növbəti dəfə basqın etməyə cəhd göstərib. Silahlı Qüvvələrimizin bölmələrinin əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıq və igidlik nəticəsində düşmənin cəhdinin qarşısı qətiyyətlə alınıb. Düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Düşmən təxribatı zamanı, onun hücumunun qarşısını alarkən Silahlı Qüvvələrimizin bölmələri itki verib.

Nəticədə Silahlı Qüvvələrimizin zabiti 1982-ci il təvəllüdlü, kapitan Məmmədov Fikrət Akif oğlu döyüş tapşırığını yerinə yetirərkən casarət və şəxsi igidlik göstərərək, düşmən təxribatının qarşısının alınması zamanı şəhid olub. Döyüş tapşırığını yerinə yetirərkən casarət və şəxsi igidlik göstərdiyinə görə kapitan Məmmədov Fikrət Akif oğlu ölümündən sonra "İgidliyə görə" medalı verilməsinə təqdim olunub
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.