Eldar Namazovun rəhbəri olduğu El Hərəkatı 28 May – Respublika gününü yada salmayıb. Hərəkat üzvləri həmçinin Məmməd əmin Rəsulzadənin Novxanıdakı abidəsini də ziyarət etməyiblər.
Bu barədə azvision.az-a açıqlamasında EL Hərəkatının sədr müavini Zəfər Quliyev bildirib.
Onun sözlərinə görə, Hərəkat qurultaya hazırlaşdığı üçün Rəsulzadənin abidəsini ziyarət etməyiblər: “El Hərəkatı qurultaya hazırlaşır, ona görə də Novxanıda Rəsulzadə abidəsini ziyarət edə bilmədik, inşallah, qurultaydan sonra gələcəkdəki bayram günlərində bunu xüsusi şəkildə qeyd edəcək”.
Z.Quliyev vurğulayıb ki, qurultayla əlaqədar Hərəkatın digər strurkturları da fəaliyyətini dayandırıb: “Demək olar ki, bütün işlər qurultaya buna yönəlib. Lakin 28 Mayı EL Hərəkatının təşiklat komitəsinin üzvləri fərdi şəkildə qeyd ediblər, amma kollektiv şəkildə təşkilat kimi bu günü qeyd edə bilmədik, çünki diqqət qurultayla bağlı hazırlıqlara yönəlib”.