Hüquq müdafiəçisi Leyla Yunus prokurorluq işçilərini evinə buraxmayıb.
APA-nın əməkdaşı L. Yusunun evin qarşısından xəbər verir ki, bu gün Baş Prokurorluğun əməkdaşları L. Yunusun yaşadığı mənzilə gələrək ona Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılması haqqında rəsmi məktubu vermək istəyiblər.
Lakin hüquq müdafiəçisi prokurorluq işçilərinə qapını açmayıb. L. Yunus qeyd edib ki, istintaq onun və həyat yoldaşı Arif Yunusun pasportunu geri qaytarmasa, prokurorluğa getməyəcək.
Prokurorluq əməkdaşları çağırış vərəqəsini L. Yunusa vermədən ərazini tərk ediblər.