100 minlik nömrənin sahibi danışdı

29-05-2014, 16:26   
100 minlik nömrənin sahibi danışdı
Bu gün yerli mətbuatda yayılan məlumatlara görə, Azərbaycanda ən bahalı mobil telefon nömrəsi artıq satılıb. 055 666 66 66 nömrəsinin təxminən 100 min manata satıldığı bildirilir.

Virtualaz.org bildirir ki, azvision.az-ın əməkdaşı həmin nömrəyə zəng edərək məlumatı dəqiqləşdirmək istəyib. Zəngə cavab verən nömrənin sahibi xəbərləri yalanlayaraq 055 666 66 66 nömrəsini çoxdan işlətdiyini, satın almadığını deyib.

“Bu nömrəni mən neçə illərdir işlədirəm. Heç kimə satmamışam, nə də satmaq niyyətim var. Bakcell özünü reklam eləmək üçün bu addımı atıb. Mətbuatda yayılan xəbərləri oxumuşam. Şişirdirlər. Mən bu nömrəni neçə illərdir işlədirəm”,-deyə həmin nömrənin sahibi qeyd edib.

Yeri gəlmişkən, sözügedən nömrənin sahibi özünü təqdim etməkdən imtina edib: “Ad, soyadımı bilmək istəyirsinizsə, Bakcell-ə müraciət edə bilərsiniz”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.