“Pyotr Poroşenko ancaq Qərbin vasitəsilə Rusiyayla razılığa gələ bilər”.
Bu barədə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili “The Wall Street Journal”a yazdığı məqaləsində bildirib.
O, vurğulayıb ki, Qərb Rusiyaya qarşı daha aktiv hərəkət etməlidir:
“Bu yaxınlarda biz irimiqyaslı paradoksu müşahidə etdik - Rusiya zəifdir, lakin o siyasi avantürada gücünü işlətməyə qadirdir, Qərb isə daha güclüdür, lakin ortaq bir məxrəcə gələ bilmir. Prezident seçilmiş Pyotr Poroşenko Qərbə yeni şans verir. Qərb də daha aktiv hərəkət etməli və Rusiya iqtisadiyyatının neft və qaz sektorlarına tətbiq ediləcək yeni sanksiyalar barədə Moskvanı xəbərdar etməlidir”.