Neft Fondunun rəhbərinin qardaşının adı adam ölümündə hallanır

29-05-2014, 16:31   
Neft Fondunun rəhbərinin qardaşının adı adam ölümündə hallanır
Şahin Mövsümov sökdürdüyü qarajların pulunu vermədiyindən əsəbiləşən Tina Nəbiyeva beyninə qan sızmasından dünyasını dəyişib

Dövlət Neft Fondunun rəhbəri Şahmar Mövsümovun qardaşı Şahin Mövsümovun adı qalmaqallı məsələdə hallanır. JAM.AZ Azerbaycaninfo.com-a istinadən xəbər verir ki, həmin qalmaqal isə bu yaxınlarda Bəsti Bağırova küçəsi ilə Əhməd Cəmil küçəsinin kəsişdiyi ərazidə baş verib.

Məlumatda deyilir ki, Şahin Mövsümov yeni obyektlər tikmək məqsədi ilə müxtəlif vətəndaşlara məxsus qarajları sökdürüb. Və bu belə izah olunub ki, guya, ərazidə dövlət əhəmiyyətli obyekt inşa ediləcək. Üstəlik, qaraj sahiblərinə verilməli olan kompensasiya da ödənilməyib.

Məlumatda vurğulanır ki, Ş.Mövsümovun «əmrləri»ni yerinə yetirən Pənah adlı şəxs isə özünü «Bandotdel»in əməkdaşı kimi təqdim edib. Üstəlik, qaraj sahiblərinə hədə gəlib ki, əgər kimsə sözündən dönsə onları həbs edəcək.

Qalmaqalın bu yerində isə faciə baş verib. Həmin məlumata görə, qaraj sahiblərindən biri Tina Nəbiyeva pulunu ala bilmədiyindən bərk əsəbləşərək, təzyiqi qalxıb. Beyninə qan sızan vətəndaş dünyasını dəyişib.

Qarabağ əlili Rəhbər Məmmədov isə hələ də Şahin Mövsümovu axtardığını deyir. «Qaraj sahiblərindən biri kimi, mən də pulumu ala bilmədiyim üçün öz narazılığımı Dövlət Neft Fondunun mətbuat xilmətinin rəhbəri Cəmalə Əliyevaya zəng vurarq bildirdim. Şahin Mövsümovun bu özbaşınalığını onun qardaşına çatdırmasını xahiş etdim. Bir neçə gündən sonra Cəmalə xanıma zəng vurub nəticəsi ilə maraqlandıqda, o, bunların hamısını Şahmar müəllimə çatdırdığını söylədi. Görünür Pənah adlı şəxsin Şahmar müəllimin adının hallandırması əbəs deyilmiş. Yəni, belə məlum oldu ki, bütün hər şeydən xəbəri olan Şahmar Mövsümov özü bu işlərin başında dururmuş».

Qarabağ qazisi üzünü Şahmar Mövsümova tutaraq bəyan edib ki, belə hallara son qoyulmalıdır. «Şahmar müəllim, bu məsələdə artıq bir nəfər dünyasını dəyişib. Siz əgər daha bir neçə nəfərin də ölməsini istəmirsinizsə, qardaşınızın özbaşınalığına son qoyun. Yəni heçmi gözünüzdə qorxu- filan yoxdur? Bəs vicdan? Bəsdir, bu xalqın əsəbləri ilə oynadınız. Ümid üdirəm ki, siz məni başa düşüb qardaşınızı əyri yoldan çəkindirəcəksiniz və sökülən qarajların haqqını tam ödəyəcəksiniz».

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.