Rusiya, Qazaxstan və Belarus prezidentləri Astanada Avrasiya İqtisadi Birliyinin yaradılması ilə bağlı müqaviləni imzalayıblar.
Maraqlı hal Ermənistanın üzvlüyünün bir qədər təxirə salınması olub.
Bu ölkənin prezidenti Serj Sərkisyan quruma üzvlüyə iyunun 15-də qəbul olunmasını istəsə də, ev sahibi Qazaxıstan prezidenti Nursulatan Nazarbayev rəsmi İrəvanın iyulun 1-ə qədər gözləməsini məqsədəuyğun sayıb.
Digər diqqət çəkən məqam Nazarbayevin Ermənistana tövsiyyəsi olub. Belə ki, o, sözügedən ölkəni yalnız BMT tərəfindən qəbul olunmuş sərhədlər daxilində üzv qəbul edə biləcəklərini dilə gətirib. Bu təklif Vladimir Putin və Aleksandr Lukaşenko tərəfindən də müsbət qarşılanıb. Bu o deməkdir ki, Ermənistanın quruma üzvlüyü yalnız Qarabağsız mümkündür.
***
Bu dəqiqələrdə Rusiyanın "Ria Novosti" agentliyi Azərbyacan prezidenti İlham Əliyevin sözügedən quruma müraciət etdiyi və Ermənistanının yalnız BMT-nin tanıdığı sərhədlər çərçivəsində quruma üzvlüyünü mümkün saydığını bildirib.
Azərbaycan Prezidentinin müraciətini tədbir iştiakçılarına Qazaxıstan Prezidenti Nursultan Nazarbayev çatdırıb, Putin və Lukaşenko da, deyildiyi kimi, bu müraciəti dəstəkləyib.