Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun özünün və yaxınlarının qeyri-adi davranşları ilə bağlı zaman-zaman yazılan məlumatlara daha bir video əlavə olunub.
Çeçenistana gələn 40-dan artıq kadırovçu meyitlərinin müzakirəyə çıxarıldığı məqamda Kadırovun idarəetməsini tənqid edən iştirakçılar sosial şəbəkədə bu videonu paylaşıblar. Videoda sözün bütün mənasında özbaşnalıq və qudurğanlıqdan təəccüblənməmək mümkün deyil. Günün günorta çağı şəhərin mərkəzində avtomobildən havaya atəş açılır, avtoşluğa isə bütün nəqliyyat dayanıb, çarəsizcə baxmaqdan ayrı heç bir reaksiya verə bilmir.
İnternet istifadəçiləri bunu Putinin "demokratiyası" adlandırır, özbaşnalığı isə Kadırovun yaxınlarının törətdiyini bildirirlər.
[media=https://www.youtube.com/watch?v=mxx1KjxwooM]