Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

"Ələkeçməz" oğru nəhayət tutuldu

30-05-2014, 10:53   
"Ələkeçməz" oğru nəhayət tutuldu
Bakıda silsilə oğurluqlar etmiş şəxs tutulub.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Ehtiram Quliyev tutulub.
Məlum olub ki, o, martın 16-da Sona Dadaşovanın Qədirli küçəsindəki evinə açıq pəncərədən keçərək əl çantasından 250 manat, qızıl və gümüş üzüklər, mayın 2-nə keçən gecə Nərimanov küçəsində yerləşən, Vidadi Qımrıyevə məxsus mağazadan 150 manat və ət məhsulları, mayın 28-də isə həmin küçədə Ruslan Ağayevin evindən 300 manat və qızıl-zinət əşyaları oğurlayıb.
Hazırda E.Quliyevin digər cinayətlərdə iştirakı ilə bağlı araşdırmalar davam etdirilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar