Anar Məmmədovun “Rixos” əməliyyatı – 3 milyon borcu kim ödəyəcək?

30-05-2014, 10:58   
Anar Məmmədovun “Rixos” əməliyyatı – 3 milyon borcu kim ödəyəcək?
“Rixos Quba-Azərbaycan” otelinin inşası və dizayn işlərində iştirak etmiş şirkətlərlə otelin daxil olduğu “Qarant Holdinq”in rəhbəri Anar Məmədov arasında problem yaranıb. Bu barədə "AzerFax"a tikinti işlərində iştirak etmiş şirkətlərdən birinin təmsilçiləri məlumat verib. Təfərrüata keçməzdən öncə gəlin əvvəlcə həmin bu “Rixos Quba Azerbaijan” otelilə tanış olaq.

Beş ulduzlu “Rixos Quba Azerbaijan” oteli Quba rayonun Əski İqriq kəndində yeləşir. Otelin tikintisinə 2011-ci ilin aprelində başlanıb. Açılışı isə 2013-cü il dekabrın 20-nə təsadüf edib. Otel kompleksi yeddimərtəbəli əsas binadan, 16 villadan, üç restoran və bir gecə klubundan, əyləncə parkından, qolf sahəsindən və digər müasir xidmət obyektlərindən ibarət olmaqla 210 hektar ərazini əhatə edir.Oteldə tennis kortu, voleybol, basketbol, mini futbol sahələri və ərazisi 68 hektar olan qolf sahəsi də yaradılmışdır. Villalar 7 otaqdan ibarətdir.

Bir sözlə, dəbdəbə kənardan gözqamaşdıracaq səviyyədədir. Şübhəsiz ki, bu kimi iri ifrastruktur layihələrinin inşası ölkəmizdə turizm sahəsinin də inkişafna böyük töhvələr velə bilər. Etiraf etmək lazımdır ki, “Rixos Quba Azerbaijan” oteli də kifayət qədər böyük layihədir və onun ərsəyə gəlməsi üçün ciddi əmək və maliyyə resursları sərf olunub. Ümumiyyətlə, son illər Azərbaycanın ucqar dağ rayonlrında da iri turizm obyektləri və digər infrastruktur layihələrinin reallaşdırılması həm də minlərlə ölkə vətəndaşının yeni iş yerlərilə təmin olunması deməkdir. Bu baxımdan, hesab etmək olar ki, “Rixos Quba Azerbaijan” otelinin də ərsəyə gətirilməsi təkcə regionun inkişafına deyil, bütövlükdə Azərbaycanda müxtəlif sahələr üzrə irəliləyişlərin əldə olunmasına xidmət göstərəcək. Amma...



Məsələ burasındadır ki, bu kimi layihələr gerçəkləşdirən şəxslər və ya şirkətlər bəzi hallarda süni görüntüyə daha çox meyillənir və hətta ölkə rəhbərliyinə də yalnış məlumatlar veməkdən çəkinmirlər.

Azərbaycanda iri infrastruktur layihələri gerçəkləşdirən kommersiya qurumlarından biri də “Qarant Holdinq”dir. Bu qurum 2005-ci ildən 2013-cü ilə qədər “ZQAN Holding” adı altında fəaliyyət göstərib. 10 may 2013 il tarixindən etibarən “Garant Holding”ə çevrilib. Holdinqin rəhbəri nəqliyyat naziri Ziya Məmmədovun oğlu, adı Azərbaycan mətbutına yaxşı tanınan Anar Məmmədovdur. “Qarant Holdinq”ə aşağıdakı şirkətlər daxildir:

"Qarant Sığorta" ASC,

"Azbentonit" MMC

"Royal İsteyt" MMC

"Qarant Tour" MMC

"English Yard" MMC

"Quba Olimpiya Kompleksi" MMC

"Avto-Media" MMC

"Ucar Aqro" MMC

"M.Trans" MMC

"Ameritex" MMC "

Transevrokom" MMC

"Zqan konstrakşn" MMC

"Turbo.az" MMC

"Qarant Sığorta Agenti" MMC

"Quba Resort" MMC

"AFK" MMC "

Delfin" MMC

"Goranboy Gips" ASC


Qarant Holdinq”in genişmiqyaslı fəaliyyəti barədə qurumun Direktorlar Şurasının sədri Anar Məmədovun da maraqlı açıqlaması var. Diqqət edək: “Hal-hazırda “Garant Holding” Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarında uğurla təmsil olunur. 2013-cü ilə qədər müxtəlif maliyyə sektorunda fəaliyyət göstərən şirkət bu ildən etibarən imkan və potensialını bir az da genişləndirərək resurslarını aqrar sektora yönəldib. Inşaat məhsullarının istehsalı, telekommunikasiya, sığorta, mehmanxana işi və sağlamlıq-istirahət mərkəzləri, inşaat, daşınmaz əmlak və onun idarə edilməsi, reklam xidməti, kənd təsərrüfatı məhsulları istehsalı, restoran servisi, səyahət kimi sahələri əhatə edən Holding tərkibində olan şirkətlərin fəaliyyətinə və strateji qərarlarına bilavasitə nəzarət etməklə onların xidmət və istehsal keyfiyyətini nizamlayır”. Göründüyü kimi, Holdinq kifayət qədər şaxəli fəaliyyət göstərir və biz hörmətli Anar Məmmədovun gördüyü işlərə kölgə salmaq niyyətində deyilik. Bu qurum həqiqətən də son illər ərzində ölkədə bir çox yeni və deyərdik ki, orijinal layihələr reallaşdırıb. Lakin işin görünən tərəfləri olduğu kimi, hamının görə bilmədiyi tərəfləri də var. Biz də elə məhz bu işlərdən biri – “Rixos Quba Azerbaijan” layihəsi barədə hər kəsə məlum olmayan məqamlardan danışacağıq. Daha doğrusu, əldə etdiyimiz məlumatları bölüşmək niyyətindəyik.



"AzerFax"-a verilən məlumata görə,“Rixos Quba Azerbaijan” otelinin tikintisində bir neçə şirkət iştirak edib. Eyni zamanda, həm yerli, həm də Türkiyə vətəndaşı olan iş adamları da tikintini müxtəlif materiallarla təmin ediblər. Açılış mərasiminə az qalmış isə işlər sürətləndirilib. Məlumatlı mənbələr iddia edir ki, tikintiyə cəlb olunmuş şirkətlərə, görülmüş işlərin müqabilində ödənilməli olan məbləq hələ də ünvana çatmayıb. Konkret olaraq, mərmər-qranit işlərini və müxtəlif dekorativ işləri həyata keçirmiş şirkətlərə vəd olunan məbləğ ödənilməyib və hazırda bu məsələ ciddi mübahisə predmetinə çevrilib. Məlumata görə, A.Məmmədovun təkcə iki iş adamına 3 miyon manat civarında borcu qalıb. Həmin adamlar bir neçə dəfə A.Məmmədovla görüşsələr də, borcun ödənilməsi hər dəfə müxtəlif vaxtlara təyin olunub. Lakin hələ də ortada nəticə yoxdur. Pulunu ala bilməyənlər arasında Türkiyə vətəndaşlarının da olduğunu deyən mənbələr məsələnin artıq çox şişdiyini və hətta bir neçə dəfə ciddi mübahisələrin yarandığını bildirirlər. Deyilənə görə, həmin iş adamları və şirkətlərə söz verilibmiş ki, pullar açılış mərasimindən dərhal sonra ödəniləcək. Lakin açılışdan 6 ay keçməsinə baxmayaraq onlara bir manat da olsa pul ödənilməyib. Həmçinin o da bildirilir ki, bir neçə nəfər də təqdim etdikləri tikinti materiallarının pulunu ala bilmir. Mənbələr iddia edir ki, həmin iş adamları nəqliyyat naziri Ziya Məmmədovun qəbuluna düşməyə çalışırlar. “Bizə hər dəfə get sabah gələrsən deyirlər. Amma hələ də əlimizdə heç nə yoxdur. Qorxuruq ki, bu adamlar ümumiyyətlə pulumuzu vermsinlər” – deyə, mənbələrdən biri bildirib. O da deyilir ki, yaranmış problem barədə millət vəkili Elton Məmmədovun da məlumatı var. A.Məmmədovdan pulunu ala biməyənlər onun vasitəsilə də nəticə əldə etməyə cəhd göstəriblər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.