Bakıda 21 yaşlı sürücü idarə etdiyi avtomobillə piyadanı vuraraq öldürüb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 29-u saat 09:30 radələrində Sabunçu qəsəbəsi E.Mehdiyev küçəsində Kürdəmir rayon sakini, 1993-cü il təvəllüdlü Ağakərim Mehtiyev idarə etdiyi "Ford" markalı avtomobillə Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Sinavər Ziyadxanovanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.