Serbiyada sel 51 can aldı

30-05-2014, 10:59   
Serbiyada sel 51 can aldı
Serbiyada yaşanan sel fəlakətində 51 adamın nəfər dünyasını dəyişib. ANS PRESS-in məlumatına görə, bu barədə Serbiyanın baş naziri Aleksandr Vuçiç bildirib.

Baş nazir aralarında bir xilasedici də daxil olmaqla, 24 nəfərin boğulduğunu, 27 nəfərin isə selin gətirdiyi ağac və ya daş parçalarının dəyməsi nəticəsində öldüyünü açıqlayıb.

"4 vətəndaşımız hələ də itkindir. Obrenovats şəhərinin 8 %-i su altındadır. Serbiya hökuməti sel fəlakətində insanları qurtarmaq üçün əlindən gələni edir və mümkün olduğu qədər sürətli çalışır. Dövlətimiz bu vaxt ərzində kömək edən və çalışan qruplar ilə qürur duyur", deyə Vuçiç sözlərinə əlavə edib.

Baş nazir həmçinin, Obrenovats şəhərindən iki gecədə 4500 nəfərin təxliyə edildiyini də vurğulayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.