Mədən sahibindən inanılmaz hərəkət

30-05-2014, 11:05   
Mədən sahibindən inanılmaz hərəkət
Fəhlələrin tez çıxmaması üçün mədənin qapısını kilidləyiblər.

Türkiyənin Zonquldak vilayətində kömür mədənlərindən birində müşahidə olunan iş rejimi mədənlərdə təhlükəsizlik xidməti məsələsini yenidən gündəmə gətirib. Sözügedən mədən rəhbərliyi işçilərin vaxtından tez iş yerini tərk etməməsi üçün mədəndən çıxış tunelinin qapısını kilidləyib.

Rəhbərliyin bu addımı mədəndə hər hansı bir qəza yaşanarsa, işçilərin dərhal təxliyə olunması baxımından doğru hesab edilmir.

Ötən gün vəziyyətdən xəbər tutan Mədənçilər Birliyi mədənə gələrək liftin qapısını sındırıb və işçiləri azad edib. İşçilər, sanki, uzun müddət sonra azadlığa çıxıbmış kimi məsələyə alqışlarla münasibət bildiriblər.

Bir müddət əvvəl Soma rayonunda mədənin partlaması nəticəsində 301 nəfər ölmüşdü.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.