Səlim Müslümovun qəbulunda əlil özünü doğradıŞOK

30-05-2014, 11:08   
Səlim Müslümovun qəbulunda əlil özünü doğradı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində intihara cəhd hadisəsi baş verib.

Mayın 29-da günorta saatlarında nazirliyin binasında 53 yaşlı əlil Rəsid Nəbiyev özünə bıçaqla xəsarət yetirib. “Aznews.az”ın yaydığı məlumatda bildirilir ki, yaralı dərhal akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinə yerləşdirilib.

Mərkəzdən xəstə üzərində dərhal cərrahiyyə əməliyyatı aparıldığı təqdiqlənib.

R.Nəbiyevin intihara cəhd etməsinə səbəb kimi isə əlilliyin müəyyənləşdirilməsi ilə bağlı ekspert rəyinə etiraz etməsi göstərilir. Şahidlər deyiblər ki, 1-ci qrup əlil olan R.Nəbiyevin təkrar komissiyada dərəcəsi azaldılaraq 3-cü dərəcəyə endirilib. Əlil də buna etiraz edərək, özünü doğrayıb.

Hadisə ilə bağlı hələlik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıqlama yaymayıb
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.