"AFB Bank" Kəmaləddin Heydərovdan alınır

30-05-2014, 11:21   

Son günlər ölkədə iri oliqarxlar arasında gedən savaş artıq onların özləri üçün ciddi problemlər yaradıb. Belə ki, hakimiyyət böyük maliyyə resurslarını əlində cəmləyən məmurların gələcəkdə problemə çevriləcəyini nəzərə alaraq onları zərəsizləşdirməyə qərar verib.

Bir müddət öncə Ziya Məmmədovun təsir dairəsinin qapadılması prosesinə start verildi. Bu səbəbdən də onun ən yaxın adamlarından olan Hafiz Məmmədovun biznesinə əl qoyuldu və “Bank of Azerbaijan” Məmmədovdan alındı. Əslində, bununla da Ziya Məmmədovun ən yaxın maliyyə qanadlarından biri "qırıldı".

Qeyd edək ki, 2013-cü ilin yanvarına qədər bankın əsas səhmdarı Ziya Məmmədovun oğlu Anar Məmmədov olub - o vaxta qədər bank de-yure Məmmədovlara məxsus olan “ZQAN Holding”in (indi adı dəyişərək "Qarant-holdinq" olub) tərkibində idi.

Qaynar.info-ya daxil olan məlumata görə “Bank of Azerbaijan”-dan sonra sırada Kəməladdin Heydərovun bankıdır.

Mənbə iddia edir ki, yaxın günlərdə "AFB Bank" ASC Heydərovdan alınacaq. Onun sözlərinə görə, "Gilan Holdinq"in tərkibində olan "AFB Bank" Heydərovların əsas maliyyə resurslarından biridir. Belə ki, Heydərov məhz bu bank vasitəsi ilə maliyyə vəsaitlərini sənədləşdirir. Rəsmi saytında bank haqqında kifayət qədər məlumat olmasa da, faktiki olaraq bu bank "Gilan Holdinq"in tərkibinə daxil olan 61 şirkətdən biridir.

Onu da qeyd edək ki, "AFB Bank" 28 noyabr 2008-ci il tarixində Azərbaycan Mərkəzi Bankı tərəfindən 253 saylı lisenziya almış, 2009-cu ilin fevral ayında fəaliyyətə başlamışdır. Bank Qanununun 19-cu maddəsinə əsasən AFB Bank Bank olaraq Açıq Səhmdar Cəmiyyəti kimi təsis olunub.

Bankın Müşahidə şurasının sədrinin Elxan Həşimov olduğu qeyd olunur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.