Azərbaycan məmuru Kürdüstana qaçdı

30-05-2014, 11:26   
Azərbaycan məmuru Kürdüstana qaçdı
Azərbaycanlı məmurun İraq Kürdüstanına qaçması barədə xəbərlər yayılıb.

Avropa. info-nun Laçın rayonu sakinlərindən əldə etdiyi məlumata görə, adı çəkilən rayonun Təhsil şöbəsinin metodisti , PKK lideri Abdullah Öcalana xüsusi simpatiyası ilə seçilən və bunu heç gizlətməyən Müqabil Baxış oğlu Baxışov Kürdüstana qaçıb. Onun yaxın qohumlarının adına ən müxtəlif banklardan 100 min manatadək kredit götürərək qaçdığı bildirilir. Müqabil Baxışovun artıq bir həftədir ki, İraq Kürdüstanında olduğu qeyd edilir.

Xatırladaq ki, Müqabil Kürdoğlu ləqəbi ilə şeirlər də yazan Müqabil Baxışov Facebook sosial şəbəkəsində kürd millətçiliyini təbliğ etməyi ilə tanınırdı. Dəfələrlə mətbuatda Müqabil Baxışovun PKK lideri Abdullah Öcalanı və İraq Kürdüstanının lideri Məsud Bərzanini dəstəklədiyi haqda məlumatlar yayılıb. Müqabil Baxışov mətbuata verdiyi açıqlamalarda Öcalanı dəstəklədiyi və onu terrorçu saymadığını dəfələrlə qeyd edib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.