Osmanlı üsulu ilə oğluna sünnət toyu edən vali müavini təqaüd yaşı bəhanəsi ilə vəzifədən azad edilib.
Bursa Valisinin müavini Məhmət Özcan oğluna Osmanlı üsulu ilə məsciddə sünnət toyu edib. Məlum toy sosial şəbəkələrdə tənqid atəşinə tutulub. Bu gün isə Məhmət Özcan təqaüd yaşı çatdığı üçün vəzifəsindən azad edilib.
Valilikdən verilən açıqlamada “Məhmət Özcan bir müddətdir icazə almışdı. Oğlunun kiçik toyu üçün hazırlaşırdı. Bu tədbir də onun axırıncı tədbiri oldu. Vali bəyin (Münir Qaraloğlu – red) də belə bir tədbirdən xəbəri yox idi” deyə qeyd edilib