Bakının elit restoranını çirkab suyu basdı

30-05-2014, 14:25   

“Metronun “Xətai” stansiyasının yaxınlığında, Xocalı prospektində artıq iki həftədən çoxdur ki, davam edən və heç cür başa çatmayan yol təmiri fəsadlara səbəb olub.

Belə ki, bu gün saat 07:00 radələrində kanalizasiya borusu partlayıb, lükün qapağı təzyiqdən açılıb və çirkab sular metro stansiyasına doğru axmağa başlayıb. Sonra həmin sular Bakının ən elit restoranlarından biri olan “Sumax” tərəfə axıb”.

Bunu virtualaz.org saytına həmin prospektin sakinləri deyib.
Sakinlərin sözlərinə görə, Xətai Rayon İcra Hakimiyyəti isə yaranmış problemlə bağlı heç bir tədbir görmür.

Yada salaq ki, bu ərazidən keçən kanalizasiya borusu son bir ayda artıq üçüncü dəfədir ki, partlayır.

Ətraf binaların sakinləri Hacıbala Abutalıbova dəfələrlə müraciət edərək “SOS” siqnalı veriblər. Amma Abutalıbov təəssüf ki, Morze əlifbasını bilmir...
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.