Bakıda Dənizkənarı Milli Parkın ərazisində yerləşən iaşə obyektləri wi-fi şəbəkəsinə ödənişsiz çıxışla təmin olunub.
Bu barədə APA-Economics-ə Dənizkənarı Milli Park İdarəsindən bildiriblər.
Qeyd olunub ki, təchizat hər kəsin internetdən ödənişsiz istifadə edə biləcəyi müxtəlif nöqtələrdən gedir.
O da bildirilib ki, parkın bütün ərazisinin wi-fi şəbəkəsi ilə təmin olunması istiqamətində işlər gedir. Bununla bağlı artıq zəruri avadanlıqlar quraşdırılıb.