Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Soma mədən faciəsinin qurbanlarının yaxınları ilə görüşüb.
ANS PRESS-in məlumatına görə, görüş İzmirin Kınık rayonunda baş tutub. Baş nazir Ərdoğan onu müşayiət edən rəsmilərlə və xanımı Əminə Ərdoğanla birlikdə Soma şəhidlərinin yaxınları ilə nahar edib, onların problemlərini dinləyib.
Naharın sonunda vidalaşma isə kədərli məqamlarla yadda qalıb. Soma qurbanlarının yaxınları ilə Əminə Ərdoğan qucaqlaşaraq göz yaşlarına hakim ola bilməyiblər.
[media=http://www.youtube.com/watch?v=do1EJZJoPQ8]