Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Telejurnalistə vəzifə verildi

30-05-2014, 16:46   
Telejurnalistə vəzifə verildi
Tanınmış telejurnalist, professor Qulu Məhərrəmli yeni vəzifəyə təyin edilib. Bu barədə Qulu Məhərrəmli özü ANS PRESS-ə məlumat verib.

Qulu Məhərrimli bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının iclası keçirildiyini deyib.

Qulu Məhərrəmli iclasda AMEA Nəsimi adına Dilçilik İnstitutunda Monitorinq şöbəsinin müdiri seçildiyini söyləyib.

Qeyd edək ki, Qulu Məhərrəmli 1954-cü ildə Zəngilan rayonunda anadan olub. 1978-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Həmin ildən təyinatla Azərbaycan televiziyasına göndərilib. Televiziyanın müxtəlif redaksiyalarında müxbir, redaktor, böyük redaktor, şərhçi, şöbə müdiri vəzifələrində çalışıb.
Qulu Məhərrəmli Azərbaycan Mətbuat Şurası sədrinin müavini olmuşdur. Hazırda "Jurnalistikanın inkişafına yardım" fondu qeyri-hökumət təşkilatının sədridir.
Qulu Məhərrəmliyə 4 noyabr 2006-cı ildə Azərbaycan Respublikasının "Əməkdar jurnalist"i fəxri adı verilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar