Sabiq prezident masondur?

30-05-2014, 16:49   
Sabiq prezident masondur?
Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan masondur. ANS PRESS-in məlumatına görə, bu barədə erməni mətbuatında yayılan xəbərlərdə deyilir.

Levon Ter-Petrosyanın mason olması iddiası masonların Ermənistanda iyul ayında keçiriləcək toplantısı ilə bağlı yayılan xəbərlərdən sonra gündəmə gəlib. Məsələ ilə bağlı “Jamanak” qəzeti Ermənistan Kinomatoqrafçılar İttifaqının sədri, mason lojalarından birinin üzvü Ruben Qevorkyançdan müsahibə götürüb. R.Qevorkyançdan Ermənistanın keçmiş prezidentinin mason olub-olmaması soruşulub. O, isə Levon Ter-Petrosyanın mason olmadığını və onun masonların iyul ayında keçiriləcək toplantısında iştirak etməyəcəyini deyib.

Xatırladaq ki, bu il masonlar Ermənistanda böyük toplantı keçirəcək. Masonların toplantısının iyul ayında keçirilməsi planlaşdırılır. Toplantıya mason lojalarının ustadı Qi Arsize də dəvət olunub. Lakin masonların toplantısının hansı məqsədlə keçiriləcəyi barədə məlumat verilmir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.