Azerbaycaninfo.com xəbər verir. “Aqrolizinq” ASC texnikaların və texnoloji avadanlıqların məhsul istehsalçılarına lizingə verilməsi və ya lizinq yolu ilə satılması ilə yanaşı həm də kənd təsərrüfatı məhsulları istehsalçılarının maddi-texniki bazasını möhkəmləndirmək, onlara aqrotexniki xidmətlər göstərmək, kənd təsərrüfatı texnikası, texnolojı avadanlıq, ehtiyat hissələri, mineral gübrələr, xəstəlik və ziyanvericilərə qarşı mübarizə preparatları ilə, tinglərlə, yüksək reproduksiyalı buğda toxumu və damazlıq heyvanlarla təmin etmək aiddir və bütün bu vəzifələrin öhdəsindən effektiv şəkildə gələ bilməsi üçün ASC-nin müvafiq əhatəli struktur bölmələri şəbəkəsi də mövcuddur. Cəmiyyətin tabeliyində Bakı mərkəzi təchizat bazası, Gəncə, Şirvan, Ucar rayonlararası təchizat bazaları, Sabirabad, Şəki, Şəmkir regional logistik bazaları və Xaçmaz rayonlararası təchizat və logistik bazası fəaliyyət göstərir. 55 rayonda təsərrüfat hesablı Aqroservis filialları və onların 100-dən çox mexanikləşdirilmiş dəstələri vardır.Lakin, təəssüflə də olsa qeyd etməliyik ki, bu gün cəmiyyətin bir çox rayon filiallarının fəaliyyəti yerli sahibkarlar və rayon ictimaiyyəti tərəfindən qeyri-qənaətbəxş kimi qiymətləndirilir. Azerbaycaninfo.com-a daxil olan məlumatlarda o cümlədən Füzuli-Horadiz filialının rəhbərliyi səriştəsizlikdə, işə məsuliyyətsiz yanaşma tərzində, cəmiyyətin fəaliyyət prinsiplərinin kobud şəkildə pozulması hallarına yol verməkdə ittiham olunur. Texnikanın fermerlərə lizingə verilməsi və ya lizinq yolu ilə satılması işində süni əngəllər yaradaraq vəziyyətdən şəxsi maraqlarının təminatı məqsədilə ASC-nin rəhbərliyi öz şəxsi maraqlarını önə çəkir. “Aqrolizinq” ASC-nin Horadiz filialının direktoru Fəttah Heydərov, Füzuli rayon İcra Hakimiyyətinin başçısının müavini Aqrar Məsələlər üzrə şöbənin müdiri Hüseyn Abbasov ilə birlikdə dövlətin milyonlarla manat vəsaitini mənimsəyiblər. Azerbaycaninfo.com-a verilən məlumatda göstərilir ki, başçı müavini Hüseyn Abbasov əvvəllər “Aqrolizinq” ASC rayon Horadiz filialının direktoru olub. İcra başçısının müavini olduqdan sonra o da öz növbəsində yerinə ən yaxın adamı, özünün bütün maliyyə maxinasiyalarının əsas iştirakçısı və bu işlərin içində bişmiş bir şəxsi, Fəttah Heydərovu gətirib. Bildirilir ki, Fəttah Heydərovun “Aqrolizinq” ASC-nin Horadiz filialının direktoru vəzifəsinə gətirlməsi birbaşa “Aqrolizinq” ASC-nin bir neçə gün əvvəl işdən azad olunmuş rəhbəri Əli Bayramovun sayəsində mümkün olub. Əli Bayramovun buna görə rayon icra başçısı Alı Alıyevdən təyinat yazması üçün xahiş etdiyi bildirilir və öz növbəsində Əli Bayrvmovdan Hüseyn Abbasov anoloji xahişi edib. Məlumata görə, son illər “Aqrolizinq” ASC-nin Horadiz filialında böyük maliyyə maxinasiyaları həyata keçirilib. Korrupsiya yolu ilə mənimsənilən dövlət vəsaitinin isə 1,6 milyon manat olduğu bildirilir. Korrupsiya yolu ilə mənimsənilən dövlət vəsaitlərinin böyük hissəsi isə məhz Hüseyn Abbasova çatıb. Belə ki, daxil olan məlumatda iddia olunur ki, Hüseyn Abbasov “Aqrolizinq” ASC-nin Horadiz filialını öz şəxsi obyekti kimi çalışdırıb. Hətta filiala aid olan texnikalar belə Alı Alıyevin və onun müavinin şəxsi texnikası kimi çalışdırılıb. Fəttah Heydərovun filiala rəhbərlik etdiyi dönəmdə fililala dövlət tərəfindən verilən 4400 ton azot gübrəsinin sadəcə çox cüzi hissəsi kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlara güzəştli qiymətlə satılıb. Həmin gübrələr narazılıq edən və yuxarı dairələrə şikayət edən vətəndaşlara ayrılıb və bununla da öz haqqını tələb edən fermerlərin susdurulduğu bildirilir. Məlumata əsasən Fəttah Heydərov və Hüseyon Abbasov 4000 min tona yaxın azot gübrəsini Beyləqan, Ağcabədi, Bərdə bazarlarında topdan satış qiymətinə satdırıblar. Arada olan qiymət fərqi 100 min manatlarla ölçülüb və həmin vəsait Alı Alıyevin, Hüseyon Abbasov və Fəttah Heydərov tərəfindən mənimsənilib. Son 3 ildə Füzuli rayonuna subsidiya yardımı üçün ayrılmış 3,4 milyon manat vəsaitin 1,6 milyonu məhz icra başçısının müavini Hüseyn Abbasov tərəfindən mənimsənildiyi iddia olunur. İddiaya əsasən saxta sənədlər əsasında mənimsənilən 1,6 milyon manat vəsaitin 200 min manatının Fəttah Heydərova, 300 min manatı kənd icra nümayəndələrinə, bələdiyyə sədrlərinə yerdə qalan 1,1 milyon manat isə Alı Alıyevə və Hüseyn Abbasova çatıb. Bundan başqa saxta səndələr əsasında əkilən torpaq sahələrinə ayrılan azot və digər mineral gübrələrində qara bazarda satıldığı qeyd olunur. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Azerbaycaninfo.com