Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Siyəzənin icra başçısı Nizami rayonuna başçı gətirilir?

30-05-2014, 17:05   

Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun yeri dəyişdirilə bilər.Bu barədə aktual.az-a rayondakı mənbə məlumat verib. Xəbərə görə, başçı artıq rayonla təhvil-təslim işlərini həyata keçirir: "O, öz yaxın ətrafında olan insanlara yaxın günlərdə yüksələcəyini deyib. Bundan əlavə bir sıra işlərini təcili yekunlaşdırır. Məsələn, yaxınlarına burada olan yarımçıq tikililərini tez bir zamanda bitirmək göstərişini verib. Bundan əlavə, başçı ayrı-ayrı həyətlərdə yaratdırdığı toyuq fermalarını ya ləğv edir, ya da satdırır”. Mənbənin sözlərinə görə, Arif Qasımov Bakı şəhərinin Nizami rayonuna başçı təyin ediləcəyini bildirib. Rayon sakinləri onu da bildirib ki, ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevin kadrı kimi tanınan Arif Qaraşovun Bakı rayonlarından birinə başçı gətirilməsi söhbəti xeyli müddətdir ki, rayonda danışılır: "Lakin R.Abdullayev bu istəyini reallaşdıra bilməmişdi. Görünür, o, artıq çoxdankı arzusuna çatmaq üçün razılıq ala bilib".Məsələ ilə bağlı Siyəzən rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Baçşının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təhminə Eyvazova Aktual.az-a açıqlamasında bildirdi ki, onun bu barədə məlumatı yoxdur.Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov 12 mart 1965-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Xanlıqlar kəndində anadan olub. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı və Naxçıvan Dövlət Universitetini hüquqşünas ixtisasları üzrə bitirib. Əmək fəaliyyətinə başladıqdan sonra müxtəlif vəzifələrdə, o cümlədən Naxçıvan Muxtar Respublikası dövlət əmlakı nazirinin köməkçisi, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi, Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi vəzifələrində işləyib. Sonuncu iş yeri Bakı şəhəri, Nizami Bələdiyyəsinin sədri vəzifəsi olub. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2011-ci il tarixli sərəncamı ilə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Evlidir. 3 övladı var.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar