Respublika Prezidenti Cənab İlham Əliyevin keçirdiyi müşavirələrdə bəzi məmurların qudurğan balalarının hərəkətlərinin qarşısının alınması üçün verdiyi ciddi tapşırıqlara baxmayaraq hələ də belə qudurğanlıqlar qalmaqdadır. Bəzi məmurların övladları kiçik yaşda olduqlarından bu qudurğanlığı onların yaxınları edirlər. Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun qardaşı Şahin Mövsümov da elələrindəndir.Azerbaycaninfo.com-a verilən məlumata görə, özünü iş adamı kimi təqdim edən Şahin Mövsümov qardaşının DNF-nun rəhbəri olduğunu önə çəkərək ona heç kimin heç nə edə bilməyəcəyini deyir və istədiyini eləyir. Belə ki, Bəsti Bağırova küçəsi ilə Əhməd Cəmil küçəsinin kəsişdiyi ərazidə yeni obyektlər tikmək məqsədi ilə müxtəlif vətəndaşlara məxsus qarajları sökdürmüşdür. Heç kimə xəbərdarlıq etmədən bir saatın içində altı ədəd qaraji yerlə yeksan etdirən Şahin Mövsümov bunu belə izah etmişdirki, burada dövlət əhəmiyyətli obyekt tikiləcək. Onun “əmir”lərini həyata keçirən isə Pənah adlı şəxs olmuşdur. Pənah “bantitizm-terrorizm”də işlədiyini və ona Şahmar Mövsümovun “krişa”lıq etdiyini bütün hamıya açıqca bildirərək qaraj sahiblərini qorxuya salmış və nəticədə heç kimə qarajın pulunu tam ödəməmişdir. Qaraj sahiblərindən biri, Tina Nəbiyeva pulunu heç çürə ala bilmədiyindən tez-tez qan təziqi qalxmış, nəticədə beyninə qan sızmış və dünyasını dəyişmişdir. Azerbaycaninfo.com-a verilən bilgiyə əsassən, Qarabağ əlili Məmmədov Rəhbər isə bu günə kimi Şahin Mövsümovu axtarır. Qaraj sahiblərindən biri kimi mən də qarajımın pulunu ala bilmədiyim üçün öz narazılığımı Dövlət Neft Fondunun mətbuat xilmətinin rəhbəri Cəmalə xanım Əliyevaya zəng vurarq bildirdim və Şahin Mövsümovun bu özbaşınalığını onun qardaşı, Dövlət Neft Fondunun rəhbəri Şahmar Mövsümova çatdırmasını xahiş etdim. Bir neçə gündən sonra Cəmalə xanıma zəng vurub nəticəsi ilə maraqlandıqda o bunların hamısını Şahmar müəllimə çatdırdığını söylədi. Görünür Pənah adlı şəxsin Şahmar müəllimin adının hallandırması əbəs deyilmiş. Yəni belə məlum oldu ki, bütün hər şeydən xəbəri olan Şahmar Mövsümov özü bu işlərin başında dururmuş. Mən isə üzümü Şahmar müəllimə tutub deyirəm: Şahmar müəllim, bu məsələdə artıq bir nəfər dünyasını dəyişib, siz istəyitsiniz qardaşınızın özbaşınalığı bir neçə nəfərin ölümü ilə nətiçələnsin? Yəni heçmi gözünüzdə qorxu- filan yoxdur? Bəs vicdan? Mən sizi əmin edirəm ki, sizin adınizdan istifadə edən qardaşınızın bu dələduz hərəkətlərini Cənab Prezidentə çatdıracam və onda siz də işsiz qalacaqsınız qardaşınız da. Bəsdir bu xalqın əsəbləri ilə oynadınız. Bir gün bu insanların ah-naləsinə tuş gələcəksiniz, inşallah. Bu dünyada haram yeyib kökəlmək şərt deyil. Bunun cavabını o dünyada verecəyinizi niyə unudursunuz. Əgər sizin ailə üzvünüz düzgün yolda deyilsə və sizin adınızdan vətəndaşların malı-mülkü əllərindən zor gücünə alınırsa, onda siz niyə vəzifə sahibi olmalısınız? Şahmar müəllim, mən sizdən xahiş edirəm qardaşınızı düzgün yola dəvət edin və halal yeməyi oyrənin. Sizin də evladlarınız var. Allah göstərməsin sizin qarşınıza çıxmasada onların qarşısına çıxa bilər. Dünyanın işini bilmək olmaz. Məzlumun haqqını yeməyin nə demək olduğunu indi məhbəslərdə yatan həmkarlarınız yaxşı bilirlər. Onların gününə düşmək istəmirsinizsə qayıdın bu yoldan. Və sonda ümid üdirəm ki, siz məni başa düşüb qardaşınızı əyri yoldan çəkindirəcəksiniz və sökülən qarajların haqqını tam ödəyəcəksiniz. Mən çox istəyərdim belə olsun. Əks halda ikinci variant da var.
Azerbaycaninfo.com