Amerika Birləşmiş Ştatları cinayətkər aləmdə "Qamçı" ləqəbi ilə tanınan məşhur avtoritet Qamçıbəy Kolabayevin dəstəsi barədə ətraflı xəbər verənlərə 1 milyon mükafat ayırıb.
Amerikalı qanun keşiçkiləyi bununla beynəlxalq aləmdə də böyük nüfuza malik Qamçının maliyyə fırıldağının qarşısını alacaqlarını düşünürlər.
Qırğız avtoritet həmçinin postsovet məkanında nüfuzlu narkobaronlardan sayılır. Dövlət Departamentindən bildiriblər ki, pul mükafatı beynəlxalq cinayətkarlığa qarşı mübarizə proqramından ayrılıb.
Xatırladaq ki, Qamçı əsasən keçmiş SSRİ-dən olan dünya miqyaslı kriminal atoritetlərin təmsil olunduğu "Qardaşlıq çevrəsi" dəstəsinin vuran əllərindəndir. O, 2011-ci ildən ABŞ-da beynəlxalq miqyaslı narkobaron kimi tanınıb. Müəyyən qətllərə görə o, vətəni Qırğızıstanda axtarışdadır.