Bu gün səhər saatlarında paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində ağır yol qəzası baş verib.
Prospektin Böyükşor qəsəbəsindən keçən hissəsində ekskavator yol kənarında dayanan avtomobillərə çırpılıb. Qəza zamanı dayanacaqda avtobus gözləyən 4 piyada xəsarət alıb. Yaralılar təcili tibbi yardım maşınları tərəfindən xəstəxanaya çatdırılıblar. Onlardan birinin durmunun ağır olduğu deyilir. Qəza nəticəsində bir neçə avtomobilə ciddi ziyan dəyib.
Hadisə yerinə gələn yol polisi əməkdaşlarının sözlərinə görə, ilkin ehtimallar qəzaya ekskavatorun yüksək sürətlə hərəkət etməsi və sürücünün sükan arxasında yuxulamasının səbəb olduğunu göstərir.
Hazırda hadisə yerində çalışan əməkdaşımız yaralılardan 3-nün adını dəqiqləşdirə bilib. Bunlar paytaxt sakinləri Həsənova Nərminə, Həsənov Eynar və Həsənov Söhrabdır. Digər yaralının və ekskavator sürücüsünün adını dəqiqləşdirməyə çalışırıq