Rusiyanın hərbi təcavüzünə məruz qalan Ukrayna partizan müharibəsinə başlamaq məcburiyyətində qalıb. Belə ki, Donetsk və Luqansk vilayətlərində anti-terror əməliyyatı həyata keçirən Ukrayna bununla kifayətlənməyərək, Maydan hadisələri zamanı polisə müqavimət göstərən döyüşçülərdən ibarət partizan dəstələri yaradıb. Teleqraf.com-un xarici KİV-ə istinadən xəbərinə görə, bu işə bu günlərdə Donbas üzərində vertolyotun vurulması nəticəsində 11 hərbçi ilə birlikdə həlak olan ukraynalı general-mayor Sergey Kulçitski rəhbərlik edib. Xəbərə görə, onun hələ əvvəldən Rusiya ilə ədavəti olub. Belə ki, Rusiyada xidmət edərkən, ukraynalı olduğuna görə onun rütbəsini artırmayıblar. Bunan sonra vətənə qayıdan Kulçitski 49 yaşında general-mayor rütbəsi alıb. Maydanın qələbəsindən sonra general müxalifətin tərəfinə keçib və Rusiya işğalına qarşı mübarizəyə başlayıb. Keçmiş dəniz piyadası olan general partizan dəstələri yaradıb. O, Maydanda polisə qarşı döyüşən gəncləri bu dəstələrə cəlb edib və onlara təlim keçib. Kulçitski terror, vağzalların partladılması, artezian quyuları və su anbalarını zəhərləmək və Krımda gizli partizan müharibəsi ilə Rusiyaya qarşı mübarizə aparacağını bildirib: "Biz dueldə döyüşməyə hazırlaşmırıq. Biz sizi "ayaqyolunda öldürəcəyik". Hətta sizin ərazinizdə də. Bütün vasitələrdən istifadə edəcəyik. Sizin vağzallarınız dağılacaq… Mənimçün fərqi yoxdur kim öləcək: dinc əhali, yoxsa hərbçilər. Niyə sizə rəhm etməliyəm? Quyulara, su kanallarına zəhər atacağıq. Sizin başınıza bomba yağdıracağlq. Mən bunu edəcəyəm. Soyuqanlılıqla edəcəyəm". Generalın rəhbərliyi ilə başlayan partizan müharibəsi onun vertolyotunun vurulması ilə uğursuzluğa düçar olsa da, Maydanda vuruşanlar partizan hərəkatını davam etdirir.