Silahlı Qüvvələrin Baş Klinik Hospitalında ölüm hadisəsi baş verib.
Məlumata görə, Azərbaycan Ordusunun çavuşu, 1979-cu il təvəllüdlü Vüsalə Tahir qızı Nadirova xəstəlikdən dünyasını dəyişib. Hərbçinin ölümünə kəskin meningit səbəb olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.