Sabirabadda 56 min manatlıq qeyri-müəyyən əməliyyat

31-05-2014, 11:41   
Sabirabadda 56 min manatlıq qeyri-müəyyən əməliyyat
Sabirabad rayonundan infom.az-a daxil olan məlumata görə cari ilin birinci rübündə rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Əhməd Ramazanov öncədən əldə etdiyi razılaşmaya əsasən rayon maliyyə idarəsinin rəisi Hüseynağa Gülüşovla birgə növbəti maliyyə əməliyyatı həyata keçirib.O, rayonda formal fəaliyyət göstərən Sabirabad rayon təsərrüfat hesablı Ticarət Birliyinin hesabına büdcə vəsaitindən naməlum məqsədlər üçün 56 min mantdan çox pul köçürüb.20 ilə yaxın bu müəssisədə işlədiyini deyən rayon sakini (D.M) bildirir: “Bu illər ərzində aldığım əmək haqqının toplam olaraq təşkil etdiyi məbləğ şöbə müdirinin bir dəfəyə, gözü yumlu köçürdüyü pulun heç yarsı qədər olmayıb. Nəyə görə dövlətin pulu saga, sola, göyə sovrulur, yaxud kimlər tərəfindənsə mənimsənilir?
Sizdən xahiş edirəm bu 56 min mantın taleyini araşdırıb aydınlıq gətirəsiniz.” Şikayətçinin xahişini nəzərə alaraq gün ərzində şöbə müdiri Əhməd Ramazanovla əlaqə saxlamağa cəhd etdik.Amma onun mobil telefonuna zəng çatmadığından movqeyini öyrənə bilmədik. Güman edirik ki, Əhməd müəllim yaxın zamanlarda məsələyə aydınlıq gətirəcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.